11 gün əvvəl toyu olan şəxs çayda boğulub - FOTO
19
avq
2019
21:53
Masallı rayonunda istirahət mərkəzində bədbəxt hadisə baş verib.BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə "İstisu" istirahət mərkəzində qeydə alınıb.Belə ki, Cəlilabad rayonunun Bədirli kənd sakini, 1996-cı il təvəllüdlü Zamin Seyfulla oğlu Baxışov Viləş çayının istirahət mərkəzinin ərazisindən keçən hissəsində çimərkən dünyasını dəyişib.İlkin ehtimala görə, o, ürəktutmasından vəfat edib.Mərhumun avqustun 7-də toyu olub. O, istirahət mərkəzinə ailəsi ilə birlikdə gedibmiş.Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Vergilər Nazirliyi və Prokurorluq "Lerik Relax"da yoxlamalara başladı
Lerikdə yerləşən “Relax” istirahət mərkəzində yoxlamalara başlanıb.BAKU.WS APA-ya istinadla xəbər verir ki, yoxlamalar Vergilər Nazirliyi və Prokurorluq əməkdaş...