Qazaxda ailənin tək oğlan övladı çayda batdı

Qazaxda ailənin tək oğlan övladı çayda batdı
Hadisə 860
Qazax rayonunda suda boğulma hadisəsi baş verib.BAKU.WS “report”a istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü kənd sakini Pənahov Sənan Natiq oğlu Kür çayının Birinci Şıxlı kəndi ərazisindən keçən hissəsində çimərkən batıb.Uzaqdan onun batdığını görən uşaqlar valideynlərinə xəbər veriblər. Kənd sakinlərinin axtarışı nəticəsində S.Pənahovun meyiti sudan çıxarılıb. Məlumata görə, Sənan ailənin tək oğlan övladı olub.Faktla bağlı araşdırma aparılır.BAKU.WS

Son xəbərlər