Vergilər Nazirliyi və Prokurorluq "Lerik Relax"da yoxlamalara başladı

Vergilər Nazirliyi və Prokurorluq Lerik Relaxda yoxlamalara başladı
Sosial 1995
Lerikdə yerləşən “Relax” istirahət mərkəzində yoxlamalara başlanıb.BAKU.WS APA-ya istinadla xəbər verir ki, yoxlamalar Vergilər Nazirliyi və Prokurorluq əməkdaşlarının iştirakı ilə aparılır. Aparılan yoxlamalar barədə əlavə məlumat verilməyib.Hazırda istirahət mərkəzi öz fəaliyyətini davam etdirir.Xatırladaq ki, Lerikdə “Relax” istirahət mərkəzində baş verən insidentlə bağlı 6 nəfər tutulub.Ötən gün “Relax” istirahət mərkəzinin rəhbərliyində təmsil olunan bir qrup şəxs oraya yoxlama üçün gələn Vergilər Nazirliyi əməkdaşlarına müqavimət göstəriblər.Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çağırılıb. Buna baxmayaraq, dövlət qurumunun nümayəndələrinin vəzifələrini icra etməsinə imkan verilməyib və qarşıdurma yaranıb.Vergilər, Daxili İşlər Nazirlikləri və Prokurorluq orqanlarının birgə həyata keçirdiyi tədbirlər nəticəsində istirahət mərkəzinin rəhbəri, deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı da daxil olmaqla 6 nəfər tutulub.

Oxşar xəbərlər

Son xəbərlər