Bakıda evindən külli miqdarda pul oğurlanan İsrail vətəndaşının tanınmış biznesmen olduğu üzə çıxıb.

BAKU.WS-in lent.az-a istinadə məlumatına görə, Nərimanov rayonunda yaşayan və mənzilindən pəncərəni sındırmaq yolu ilə külli miqdarda pul və bahalı qol saatları oğurlanan 1964-cü il təvəllüdlü Aleksandr Şapiro Suliman Yaxın Şərqdəki Azərbaycanlıların Konqresinin sədri, həmçinin "İsrail-Azərbaycan Beynəlxalq Tibb Mərkəzi"nin rəhbəridir.

Hazırda məlum oğurluq əməli ilə bağlı Nərimanov rayon Polis İdarəsində açılmış cinayət işinin istintaqı, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 
BAKU.WS