100 milyon mənimsədiyi deyilən “GünayBank”ın sədr müavini SAXLANILDI

21
iyn
2018
16:13
"Günay Bank"ın 100 milyon manat mənimsəməkdə ittiham olunan idarə heyətinin sədr müavini Emin Zeynalov saxlanılıb.BAKU.WS xəbər verir ki, bu barədə “Haqqın.az” saytı məlumat yayıb. Verilən məlumata görə, Emin Zeynalov Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.Qeyd edək ki, bir müddət əvvəl Emin Zeynalovun 100 milyon manat mənimsəməyi barədə məlumatlar yayılıb. İttiham olunan şəxs bunu inkar edib.Xatırladaq ki, Emin Zeynalov Azərbaycanın ilk kommersiya banklarından olan və 1992-ci ildən fəaliyyət göstərən “GünayBank” ASC-də 2017-ci ildən çalışır.BAKU.WS
Oxşar xəbərlər
100 milyon götürərək ölkədən qaçdığı deyilən Emin Zeynalov polisə müraciət edib — TƏFƏRRÜATLAR
“Günaybank”ın sabiq sədr müavini Emin Zeynalov haqqında yayılan əsassız xəbərlərlə bağlı hüquq muhafizə orqanına müraciət edib.BAKU.WS xəbər verir ki, bu barədə...
