“GünayBank”ın sədr müavini 100 milyonu götürüb ölkədən qaçdı
18
iyn
2018
09:01
Azərbaycanda daha bir iri bank soyğunu baş verib. Soyğunu həyata keçirənlər isə Hollivud filmlərindəki kimi maskalı quldurlar deyil, bankın rəhbərliyinə daxil olan şəxsdir.BAKU.WS xəbər verir ki, bu barədə bank çevrələrindən “virtualaz.org”a bildirilib. Verilən məlumata görə, Azərbaycanın ilk kommersiya banklarından biri olan “GünayBank” ASC-nin idarə heyətinin sədr müavini Emin Zeynalov əmanətçilərin pullarını götürərək ölkədən qaçıb. Onun bankdan 100 milyon manata yaxın vəsait çıxardığı bildirilir. Ehtimal ki, pullar əvvəlcədən hansısa offşor şirkətlərin hesablarına axıdılıb. E.Zeynalov əvvəllər ölkənin iri banklarından birində departament rəhbəri olub, 2017-ci ilin aprelində “GünayBank”ın idarə heyətinin sədr müavini təyin edilib. Bu misli görünməmiş bank soyğunun təfərrüatları barədə yaxın günlərdə mənbələrimizin köməyi ilə əlavə məlumatlar əldə etməyə çalışacağıq.BAKU.WS
Oxşar xəbərlər
İnam Kərimov keçmiş bankirə yüksək vəzifə verdi
Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrolizinq” ASC-yə daha bir sədr müavini təyin edilib.BAKU.WS "Report”a istinadən xəbər verir ki, bu, Mehman Məmməd oğlu İsm...