Azərbaycanda bank işçisi 722 min manatı götürüb qaçmaq istədi
29
dek
2017
15:40
Bakıda bankdan əmanətçilərin külli miqdarda pulunun oğurlanmasına cəhd olunub.Bu barədə BAKU.WS-ə oğurluğa cəhd olunan “Bank of Baku”dan bildirilib.Məlumata görə, Bank nümayəndələrindən biri 425 min dolları (722 542 AZN) mənimsəyərək ölkədən qaçmağa çalışıb.Lakin uğursuz oğurluq cəhdinin qarşısı operativ şəkildə alınıb.“Bütün pullar hazırda bankdadır. Faktla bağlı cinayət işi açılıb. Həmin şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. İstintaq sirri olduğuna görə, oğurluğa cəhd edən şəxsin adını açıqlaya bilmərik”, - deyə “Bank of Baku”dan bildirildi.Bankdan narahatlıq üçün heç bir səbəbin olmadığı qeyd olundu.BAKU.WS
Oxşar xəbərlər
Bu şəxs sizdən oğurluq edibsə, polisə XƏBƏR VERİN (VİDEO)
Sabunçu rayonu, Bakıxanov qəsəbəsində marketlərdən birindən Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.Dərhal hadisə yerinə gələn Sabunçu Rayon M...