Azərbaycanda dollar satan banklar: 5 min dollarlıq limit

Azərbaycanda dollar satan banklar: 5 min dollarlıq limit
İqtisadiyyat 2667

 

Bu gündən bəzi banklar dollar satışını bərpa edib.

"AFB Bank" dollar satışını bərpa edib. Bankın Müştəri xidmətlərindən "Marja”ya verilən məlumata görə, bu gündən dolların satışı bərpa edilib. Satış limiti isə 10 min dollardır.

Digər bir məlumata görə, "Bank Respublika” da dollar satışını bərpa edib. Bu bankda valyuta satışında limit 5 min dollara qədərdir. Bu barədə məlumatı "Bank Respublika"dan "Marja"ya təsdiqləyiblər.

"Dəmir Bank" Dollar satışını 500 dollar limitlə bərpa edib.

"CDB Bank"dan da "Marja"ya Dollar satışının bərpa edildiyi bildirilib. "Dollar almaq üçün filiallara müraciət edin", - deyə Bankdan bildirilib.

Dollar satan digər banklar aşağıdakılardır:

AccessBank - 100 dollar

Turanbank - 100 dollar

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər