Leyla Əliyevadan ad günündə Bakı sakinlərinə SÜRPRİZ – FOTO
03
iyl
2019
10:18
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində növbəti həyətin açılış mərasimi keçirilib.Bakı Şəhər İcra Hakimiyyəti mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov BAKU.WS-ə bildirib.
Verilən məlumata görə, Yenilənmiş həyət Binəqədi rayonu, İsrafil Həşimov küç. 8 ünvanında 2000 nəfər sakinin yaşadığı binaları əhatə edir.
“Bizim həyət” layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.
Layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyətdə də əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb.Bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması və gənclərin asudə vaxtlarının səmərəli keçirmələri məqsədilə ərazidə 1 ədəd mini futbol meydançası, şahmat meydançası, 4 ədəd idman qurğusu, uşaqlar üçün oyun meydançası və 16 ədəd oturacaq quraşdırılıb.
Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmlədirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə, o cümlədən onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılmasına nail olmaqdır.Sakinlərin istək və maraqları nəzərə alınaraq, yeni işıqlandırma dirəkləri quraşdırılmış, binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib.
Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 50 ədəd ağac əkilib və1735kv.m ərazidə yaşıllıq zolağı salınıb.Binəqədi rayonunda sakinlərin istifadəsinə verilmiş həyət layihə çərçivəsində abadlaşdırılan iyirmi beşinci həyətdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın bu nəcib təşəbbüsü ilə paytaxt rayonlarında təmir olunub.İstifadəyə verilən həyət və məhəllələr sakinlər tərəfindən çox böyük rəğbətlə qarılanır, onların hədsiz sevincinə səbəb olur.
Bununla əlaqədar ölkəmizdə və onun sərhədlərindən kənarda xeyriyyəçilik, təhsil, səhiyyə və digər sahələrdə böyük böyük işlər həyata keçirən, öz ictimai-siyasi fəaliyyətı ilə gənclərimizə örnək olan Leyla Əliyevaya gələcək fəaliyyətində uğurlar arzu edirik.Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur.Bununla əlaqədar, paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.
Oxşar xəbərlər
Leyla Əliyeva inklüziv təhsillə bağlı layihənin təqdimatında - FOTO
İyunun 28-də “Ənənəvi incəsənət vasitəsilə inklüziv təhsilin təşviqi” layihəsinin təqdimatı olub.Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə...