SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulmasının 101-ci ildönümü münasibətilə təbrik yazıb.

BAKU.WS xəbər verir ki, Ərdoğan sosial şəbəkələrdə yazdığı təbrikdə Azərbaycan xalqını və prezident İlham Əliyevi təbrik edib.

"Azərbaycan Cumhuriyyətinin yaranmasının 101-ci il dönümünu səmimi arzularımla təbrik edirəm. Dost və qardaş Azərbaycan xalqına və Prezident İlham Əliyev qardaşıma öz adımdan və millətim adından sevgi və salamlarımı çatdırıram", - deyə Ərdoğan bildirib.

Türkiyə rəhbəri təbrikini "Twitter" səhifəsində Azərbaycan və Türk dillərində paylaşıb.

Ziya SƏCCAD
BAKU.WS
QALEREYA