SİZİN REKLAM BURADA!
055 213 76 73



Prezident İlham Əliyev Rəvan Həsənovun Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

BAKU.WS AzərTAC-a istinadən xəbər verir ki, sərəncamda qeyd edilir ki, Rəvan Vaqif oğlu Həsənov Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru təyin edilsin.

Rəvan Həsənov bu təyinatadək Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktor əvəzi olaraq çalışıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan prezidentinin 15 may 2014-cü il tarixli fərmanı ilə yaradılıb. 

BAKU.WS