ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə İsveçrə Konfederasiyasının Bern şəhərində keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə iştirak etmək üçün Bern şəhərində səfərdə olan Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ilə dekabrın 19-da Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.

BAKU.WS-in məlumatına görə, prezident İlham Əliyev əvvəlcə İsveçrə Federal hökumətinin üzvü, Xarici İşlər Departamentinin rəhbəri Didye Burkhalterlə görüşüb.

Görüşdən sonra birgə foto çəkdirilib.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sarkisyanın görüşü olub.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi iştirak ediblər.

Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrə Konfederasiyasına səfəri dekabrın 19-da başa çatıb.
 
BAKU.WS