VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
V çağırış Azərbaycan Milli Məclisinin ilk iclası başlayıb.
 
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Konstitusiya Məhkəməsi noyabrın 1-də keçirilən parlament seçkilərinin nəticələrini təsdiqlədikdən sonra yeni deputatlar ilk iclaslarına toplaşıblar.

Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edir. 

İclasda yeni deputatların adları oxunacaq, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deputatlara döş nişanlarını və vəsiqələrini təqdim edəcək.
Bundan başqa iclasda Milli Məclisin sədri, onun birinci müavini, iki müavini, parlament komitələrinin sədrləri, onların müavinləri, İntizam Komissiyasının sədri və tərkibi, Hesablayıcı Komissiyanın sədri və tərkibi seçiləcək. 
 
BAKU.WS