İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb

18
okt
2019
18:23
İstirahət günlərində gözlənilən hava proqnozu açqılanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS verilən məlumata görə, Böyük və Kiçik Qafqazda hava əsasən yağmursuz keçəcək. Lakin oktyabrın 19-u gündüzdən şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 20-25, dağlıq rayonlarda 13-18 dərəcə isti təşkil edəcək.Lənkəran-Astara bölgəsində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu20-25, dağlıq rayonlarda 15-19 dərəcə isti təşkil edəcək.Qazax-Gəncə zonasında havanın əsasən yağmursuz keçəcəyi, lakin oktyabrın 19-u axşam və 20-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 22-26 dərəcə isti təşkil edəcək.Aran rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin oktyabrın 19-u axşam və 20-də bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 23-28 dərəcə isti təşkil edəcək.Naxçıvan MR-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin oktyabrın 19-u axşam, 20-də bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 21-26 dərəcə isti təşkil edəcək.Paytaxtda isə havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin oktyabrın 19-u axşam, 20-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gündüz 21-24 dərəcə isti təşkil edəcək.
Oxşar xəbərlər
İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb
İstirahət günlərində gözlənilən hava proqnozu açqılanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən m...
