İstirahət günlərinin hava proqnozu açıqlanıb

11
okt
2019
17:56
İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS verilən məlumata görə, Böyük və Kiçik Qafqazda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var.Oktyabrın 13-də hava əsasən yağmursuz keçəcək. Qərb küləyi oktyabrın 12-də bəzi yerlərdə arabir güclü olacaq.Havanın temperaturu dağətəyi rayonlarda 20-25, dağlıq rayonlarda 12-17 dərəcə isti təşkil edəcək.Lənkəran-Astara bölgəsində hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin oktyabrın 12-si axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı ehtimalı var.Şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 20-25, dağlıq rayonlarda 14-17 dərəcə isti təşkil edəcək.Qazax-Gəncə zonasında havanın əsasən yağmursuz keçəcəyi, lakin oktyabrın 12-si gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.Qərb küləyi oktyabrın 12-də ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın maksimal temperaturu 20-25 dərəcə isti təşkil edəcək.Aran rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin oktyabrın 12-si axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.Qərb küləyi oktyabrın 12-də ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın maksimal temperaturu 23-28 dərəcə isti təşkil edəcək.Naxçıvan Muxtar Respublikasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin oktyabrın 12-si axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.Qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 25-30 dərəcə isti təşkil edəcək.Paytaxtda isə hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Lakin oktyabrın 12-də bəzi yerlərdə yağış yağacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.Oktyabrın 13-də mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gündüz 20-23 dərəcə isti təşkil edəcək.
Oxşar xəbərlər
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-...
