Havada toz müşahidə olunur, Türkmənistandan daxil olub
Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən bu gün səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
BAKU.WS xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib ki, havada tozun miqdarı normadan 1.3 dəfə artıqdır.
Xidmət rəsmisinin sözlərinə görə, peyk görüntülərinə əsasən müşahidə olunan tozlu hava şəraitinə səbəb Türkmənistan ərazisindən ölkəmizə daxil olan toz dumanıdır.
"Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir".
Oxşar xəbərlər
Yağış yağır, küçə keçilməz olur: Mingəçevirdə 20 illik problem
Mingəçevir şəhərinin Həsənağa Turabov küçəsinin sakinləri yollarının bərbad vəziyyətdə olmasından şikayətçidirlər. Sakinlər son aylar yağan güclü yağışlardan so...