SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, Şərur, Şahbuz, Ordubad, Şəmkir, Balakən, Oğuz, Qəbələ, Şəki, İsmayıllı, Şamaxı, Göyçay, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Astara və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağıb, Qusar və Şahdağda qar yağıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Naxçıvan, Şərur, Culfa, Şahbuz, Ordubad, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Ağdam, Balakən, Oğuz, Qəbələ, Qax, Şamaxı, Naftalan, Gəncə, Balakən, Qəbələ, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Şahdağ, tərtər, Mingəçevir, Yevlax, Göyçay, Beyləqan, Yardımlı, Lerikdə duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7 dərəcəyədək isti, Naxçıvan MR-da 6-10 dərəcə isti, Aran rayonlarında 8 dərəcəyədək isti, dağlıq rayonlarda 0-4 şaxta olub.

Bu gün axşam saatlarından yağıntıların tədricən kəsiləcəyi, hava şəraitinin sabitləşəcəyi gözlənilir.

BAKU.WS