Rayonlara qar yağıb, dağlarda şaxta olub - FAKTİKİ HAVA

Rayonlara qar yağıb, dağlarda şaxta olub - FAKTİKİ HAVA
Sosial 6

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, Şərur, Şahbuz, Ordubad, Şəmkir, Balakən, Oğuz, Qəbələ, Şəki, İsmayıllı, Şamaxı, Göyçay, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Astara və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağıb, Qusar və Şahdağda qar yağıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Naxçıvan, Şərur, Culfa, Şahbuz, Ordubad, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Ağdam, Balakən, Oğuz, Qəbələ, Qax, Şamaxı, Naftalan, Gəncə, Balakən, Qəbələ, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Şahdağ, tərtər, Mingəçevir, Yevlax, Göyçay, Beyləqan, Yardımlı, Lerikdə duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7 dərəcəyədək isti, Naxçıvan MR-da 6-10 dərəcə isti, Aran rayonlarında 8 dərəcəyədək isti, dağlıq rayonlarda 0-4 şaxta olub.

Bu gün axşam saatlarından yağıntıların tədricən kəsiləcəyi, hava şəraitinin sabitləşəcəyi gözlənilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bir neçə əraziyə qar yağıb - FAKTİKİ HAVA - YENİLƏNİB

Bir neçə əraziyə qar yağıb - FAKTİKİ HAVA - YENİLƏNİB

Dekabrın 12-si saat 16:00-a olan məlumatına əsasən Gəncə, Şəmkir, Balakən, Oğuz, Zaqatala, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Yevlax, Göyçay, Zərdab, İmiş...

12 Sosial 16:13 12 dekabr 2023

Son xəbərlər