Aztəminatlı yeniyetmələrin təhsili üçün təqaüd proqramları təsis ediləcək

02
iyn
2020
22:17
Aztəminatlı ailələrdən olan yeniyetmələrin təhsil imkanlarının dəstəklənməsi üçün təqaüd proqramları təsis ediləcək.
BAKU.WS-in məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiya”da öz əksini tapıb.
Sənəddə qeyd edilir ki, aztəminatlı ailələrdən olan yeniyetmələrin təhsil imkanlarının dəstəklənməsi üçün təqaüd proqramlarının təsis edilməsi məqsədilə dövlət və qeyri-dövlət sektorunun əməkdaşlığının təşviqi təmin olunmalıdır.
Oxşar xəbərlər
Nazirlər Kabineti tədris ili ilə bağlı qərar verdi
Nazirlər Kabineti koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbi...
