"Son artımdan sonra 5000-dən çox müəllimin əməkhaqqı 1000 manatdan yuxarı olub".

BAKU.WS "Report"a istinadla xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında çıxışı zamanı deyib.

O xatırladıb ki, ötən müddətdə 150 mindən çox müəllim diaqnostik qiymətləndirmədən keçib:

"Onların dərs yükü norması 1,5 dəfə, əmək haqqları 2 dəfə artırılıb. Təhsil sistemində əmək haqqının artımı davamlı və sistemli xarakter daşıyır. Bu il iyunun 18-də Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ümumtəhsil sistemində çalışan və diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əmək haqqı növbəti dəfə - 1 sentyabr 2019-cu ildən 20 faiz artırılıb.

Bu artım da nəzərə alınmaqla təhsil sistemində orta əmək haqqı 600 manatı keçib. Eyni zamanda ümumtəhsil sistemində çalışan 5000-dən çox müəllimin bu artımdan sonra maaşı 1000 manatdan çox təşkil edir".
BAKU.WS