Gələcəkdə hansı ixtisaslara tələb artacaq? - FOTO
Qəbul imtahanlarından sonrakı növbəti çətin sınaq ixtisas seçimidir.
Çünki bu seçim gənclərin gələcəkdə hansı sahədə çalışacaqlarını və karyeralarını hansı istiqamətdə inkişaf etdirəcəklərini müəyyən edir.
Bir neçə il bakalavr, magistr təhsilindən sonra ixtisasa tələbatın azalması səbəbindən işsiz qalmamaq üçün öncədən texnoloji inkişafı, bazar tələblərini və qlobal trendləri nəzərə almaq lazımdır.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, təhsil eksperti Elçin Süleymanov gələcəkdə daha çox tələb olunacaq ixtisaslar texnologiya, səhiyyə, enerji və ətraf mühit sahələrində olacaq. Bu sahələrdə irəliləyişlər və dəyişikliklər nəticəsində bəzi ixtisaslara xüsusi diqqət yönələc'yini bildirib.
Gələcəkdə analitik, kritik düşüncə qabiliyyəti olan, eləcə də kollektivlə işləmə bacarığı olan mütəxəssislərə ehtiyac duyulacaq. Bu mütəxəssislər iqtisadiyyatın inkişaf tempinə, dünyadakı dəyişikliyə görə formalaşırlar.
Hazırda görünən odur ki, hər il həm dünyada, həm də Azərbaycanda informasiya texnologiyaları (İT), kompüter mühəndisliyi, proqramlaşdırma, kibertəhlükəsizlik ixtisasları üzrə çox ciddi tələb yaranır.
Bundan başqa, gələcəkdə ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar mütəxəssislərə, alternativ və bərpaolunan enerji resurslarının istehsalı ilə əlaqəli həm ali, həm də orta səviyyəli mühəndislərə tələbat artacaq.
Süni intellektlə işləmək bacarığı olan mütəxəssislərə də ehtiyac yaranacaq. Həmçinin, yaşlı insanlarla işləyən fizioterapistlərə, tibb və təhsil mütəxəssislərinə hər zaman ehtiyac olacaq və artmaqdadır".
Təhsil eksperti əlavə edib ki, fərdi maliyyə mütəxəssisləri gələcəkdə tələb olunacaq vacib ixtisaslardan biri olacaq. Çünki insanların maliyyə planlaması və idarəetməsi sahəsində yardıma ehtiyacı artmaqdadır:
"Digital (rəqəmsal) valyuta resurslarının idarəedilməsi son dövrlərdə maliyyə dünyasında böyük əhəmiyyət kəsb edən bir sahədir.
Rəqəmsal valyutalar, xüsusilə kriptovalyutalar sürətlə populyarlaşır və bu sahədə mütəxəssislərə olan ehtiyac artır. Müəyyən işləri robotlar görə bilər. Ancaq mütləq analitik təfəkkür vacibdir".
Oxşar xəbərlər
Universitetlərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçimi başlanıb
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi başla...