Amerika universitetinin tələbələri Azərbaycan səfirliyini ziyarət ediblər
29
may
2024
22:55
Viskonsin-Miluoki Universitetinin (VMU) tələbələri ABŞ-nin Azərbaycandakı səfirliyini ziyarət ediblər.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Vaşinqtondakı diplomatik missiyasının mətbuat xidməti bildirib.
“28 May – Azərbaycan Respublikasının Müstəqilliyinin 106-cı ildönümünü qeyd edərkən VMU-nun parlaq və ağıllı tələbələri və professor-müəllim heyətini qəbul etməkdən şadıq.
Azərbaycan səfirliyini ziyarət etdiyinizə və düşündürücü müzakirələrə görə təşəkkür edirik”, – səfirliyin sosial şəbəkə hesabında qeyd olunub.
Oxşar xəbərlər
Türkiyə-Azərbaycan Universiteti nə vaxt yaradılacaq? - “Kaspi”nin ŞƏRHİ - FOTO
İki ölkənin müvafiq qurumları arasında bununla bağlı görüşlər keçirilib. Görüşlərdə tərəflərin hüquq və öhdəliklərinə dair müzakirələr aparılıb. Birgə universit...