SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il aprelin 7-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 4 nəfər maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

BAKU.WS xəbər verir ki, 4 şagirddən ikisinin adı açıqlanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, onlardan biri 270 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Alıyev Nəsib Şamil oğludur.

Digəri, Mingəçevir şəhər Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseyin 9-cu sinif şagirdi Xəlilli Aylin Elşən qızıdır. 

BAKU.WS