SİZİN REKLAM BURADA!
055 213 76 73


"Azərbaycanda 2025-ci ildə yeni təhsil standartları hazırlanacaq və orada STEAM milli kurikulum hissəsinə çevriləcək".

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, STEAM təhsil sahəsində dəyişməli olan məzmunun nümunəsidir: "Yeni standartlarda 3D Robotexnika Texnologiya fənninin məzmununa daxil ediləcək. Bu, həm dərslik, həm də tədris proqramlarında öz yerini tapacaq".

BAKU.WS