Ali məktəblərə qəbul imtahanlarının vaxtı AÇIQLANDI

Ali məktəblərə qəbul imtahanlarının vaxtı AÇIQLANDI
Sosial 3

"Azərbaycanın ali təhsil müəssisələrinə qəbul imtahanının birinci mərhələsinin may ayında keçirilməsi nəzərdə tutulur".

BAKU.WS xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə yanvarın 29-da keçirdiyi mətbuat konfransında söyləyib.

Onun sözlərinə görə, tədrisi Azərbaycan dilindən fərqli dildə aparan ümumtəhsil məktəblərinin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı (1-ci şans) da may ayında olacaq:

“May-iyun ayları ərzində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının da olması planlaşdırılır. Dövlət qulluğuna qəbul imtahanının test mərhələsi və ali məktəblərə qəbul imtahanının (2-ci şans) iyun ayında olması nəzərdə tutulur”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər