"Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüş keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
İqtisadiyyat naziri Mikayıl Cabbarov üçüncü "Yüksəliş" müsabiqəsinin qalibləri Əsəd Qurbanzadə və Fərid İsayevlə görüşlər keçirib.
"Görüşdə iqtisadiyyat naziri dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə yaradılmış "Yüksəliş" müsabiqəsinin ölkəmizdə kadr potensialının zənginləşdirilməsi istiqamətində mühüm rol oynadığını vurğulayıb.
Mentorluq proqramı çərçivəsində Nazirliyin və özəl şirkətlərin nümayəndələri ilə təşkil edilən görüşlərin idarəçilikdə effektivliyin yüksəldilməsi, strateji yanaşma və digər istiqamətlərdə qaliblərin bilik və bacarıqlarının artırılmasına hədəfləndiyi qeyd edilib.
Gənclər keçirilən görüşlərdə ölkəmizdə sahibkarlığın inkişafı, rəqəmsallaşma, innovativ həllərin və texnologiyaların tətbiqi, vergi islahatları, sənaye zonalarında beynəlxalq və yerli tərəfdaşlarla əməkdaşlıq, işğaldan azad edilən ərazilərdə iqtisadiyyatın sürətli inkişafı məqsədilə görülmüş işlərlə bağlı ətraflı məlumat aldıqlarını bildiriblər.
Mentorluq proqramının resursların səmərəli istifadəsi, strateji layihələrin icrası və tərəfdaşlarla əlaqələrin qurulması baxımından səmərəli təcrübə olduğu nəzərə çatdırılıb.
Görüşdə gənclərin fərdi və peşəkar inkişaf sahəsində əldə etdikləri nəticələr müzakirə edilib, bilik və bacarıqlarının artırılması ilə bağlı tövsiyələr verilib. Mentilərə gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...