Xalq artistinin oğluna yüksək vəzifə verildi - FOTO

19
iyl
2019
14:41
"Azergold" QSC-nin Maliyyə şöbəsinə yeni direktor təyin edilib.BAKU.WS banker.az-a istinadən xəbər verir ki, bu şəxs Mansurov Anar Eldar oğludur. O, vəzifəsinin icrasına 2019-cu ilin iyulunda başlayıb.A.Mansurov həmçinin, bu ilin yanvarında "AzRe Təkrarsığorta” ASC-nin Direktorlar Şurasının müstəqil üzvü seçilib.Qeyd edək ki, A.Mansurov tanınmış bəstəkar olan Eldar Mansurovun oğludur. Buna qədər o, uzun müddət bank sahəsində çalışıb. Bura "Azericard” MMC, ABB və "Azerinvestservice” MMC kimi tanınmış qurumlar daxildir.Eldar Mansurovun daha bir oğlu - Ülvi Mansurov da bank sahəsində çalışır.
Qalereya
Oxşar xəbərlər
Eldar Əzizov keçmiş müavininə vəzifə verdi
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov keçmiş müavininə yeni vəzifə verib.BAKU.WS “unikal.org”a istinadən xəbər verir ki, bir müddət öncə Eldar Əzi...
