WUF13-də qlobal şəhərlər reytinqi siyahısı açıqlanıb
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) "Boston Consulting Group" beynəlxalq konsaltinq şirkətinin qlobal şəhərlər reytinqinin yeni nəşri təqdim edilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, təqdimata ev sahibi Bakının da adı daxil edilib.
Şirkətin nümayəndəsi Yekaterina Şapoçka bildirib ki, yaşayışa yararlılıq baxımından Avropa şəhərləri liderliyini qoruyub saxlayır:
"Tədqiqata görə, Sürix, London və Oslo ilk üç yeri tutur. Lakin Şanxay və Orta Asiya şəhərləri sürətlə bu fərqi azaldır, Şanxay isə hazırda 14-cü yerdədir. Əslində, inkişaf etməkdə olan şəhərlər yaşayışa yararlılıq baxımından ən güclü irəliləyişlərə imza atıblar və bu tendensiya davam edərsə, istedad axını bu şəhərlərə keçə bilər".
Oxşar xəbərlər
AIIF 2026-da SOCAR-ın müxtəlif şirkətlərlə imzaladığı bir sıra sənədlərin detalları açıqlanıb
Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində (2nd Azerbaijan International I...