Vüqar Bayramov: "Azərbaycan Dəmir Yolları" strateji məqsədləri uğurla reallaşdırır"
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Prezident İlham Əliyevin tranzit daşımaları və nəqliyyat sahəsində imzaladığı sərəncamlardan irəli gələn strateji məqsədləri uğurla reallaşdırmaqdadır.
"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
"Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin rəqəmsal transformasiyası ölkəmizin qlobal nəqliyyat qovşağına çevrilməsi istiqamətində atılan vacib addımlardan biridir.
ADY beynəlxalq əməkdaşlıq çərçivəsində müxtəlif rəqəmsal həllər tətbiq edərək, yüklərin real vaxt rejimində izlənməsi, yükdaşıma tariflərinin avtomatlaşdırılmış şəkildə hesablanması və yüklərin daşınmasında şəffaflığın artırılması kimi innovativ yanaşmaları həyata keçirir", - deyə o qeyd edib.
Eyni zamanda, satınalma və müqavilə proseslərinin avtomatlaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi və süni zəka əsaslı təhlükəsizlik həllərinin tətbiqi bu transformasiya prosesinin tərkib hissəsidir.
ADY-nin həyata keçirdiyi bu layihələr, tranzit daşımalarının səmərəliliyinin artırılmasına və ölkəmizin regionda strateji mövqeyinin gücləndirilməsinə böyük töhfə verir.
Bütün bu rəqəmsal yeniliklər ADY-nin tranzit daşımaları üzrə öhdəliklərini daha effektiv yerinə yetirməsinə, beynəlxalq əməkdaşlıqların inkişaf etdirilməsinə və ölkənin nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə imkan verir", - deyə deputat əlavə edib.
Oxşar xəbərlər
Azərbaycan Rusiya ilə "Şimal-Cənub"la tranzit yükdaşımalarına dair saziş imzalayıb
Azərbaycan və Rusiya arasında "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yükdaşımaların inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş imzalanıb. BAKU...