Vanniya Qava: "TAP İtaliyanın Aralıq dənizində enerji qovşağı kimi mövqeyini gücləndirir"
Yeniliklərdən dərhal xəbərdar olun
İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi nazirinin müavini Vanniya Qava Azərbaycan və Səudiyyə Ərəbistanı tərəfləri ilə Bakıda keçirilən görüşləri müsbət qiymətləndirib.
"Report" xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Nazir müavini Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında iştirak edib.
O vurğulayıb ki, Trans-Adriatik Boru Kəməri (TAP) İtaliyanın Aralıq dənizində enerji qovşağı kimi mövqeyini gücləndirir:
"Trans-Adriatik Qaz Boru Kəməri (TAP) İtaliyanın Aralıq dənizində enerji qovşağı kimi mövqeyini gücləndirir, biz onun ötürücülük qabiliyyətini artırmağa çalışırıq. Səudiyyə Ərəbistanı və Azərbaycanla bərpa olunan enerji mənbələri və təchizat təhlükəsizliyi məsələləri üzrə konstruktiv görüşlər keçirilib".
Xatırladaq ki, Azərbaycan Avropaya qaz ixracına 2020-ci il dekabrın 31-də başlayıb. Azərbaycan və Avropa İttifaqı arasında əldə olunmuş razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarük həcmi ildə minimum 20 milyard kubmetrə çatmalıdır. Qaz kəmərinin genişləndirilməsinin birinci mərhələsi çərçivəsində İtaliya 1 milyard kubmetr, Albaniya isə 200 milyon kubmetr Azərbaycan qazı alacaq.
Oxşar xəbərlər
Qızıl, bank, yoxsa daşınmaz əmlak: Azərbaycanda pulu harada saxlamaq daha sərfəlidir?
Beş il əvvəl 1000 manata qızıl alsaydınız, bu gün həmin qızılın dəyəri 2200 manatdan çox olardı. Eyni məbləği səhmlərə yatırsaydınız, 800 manatadək, bank depozi...