Türkiyə Naxçıvanla sərhədi açdı
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşdə Türkiyədən Azərbaycanın Naxçıvan Muxtar Respublikası istiqamətində yük nəqliyyat vasitələrinin və vətəndaşların hərəkətində yaranan məhdudiyyətlər müzakirə edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, mövcud vəziyyətlə bağlı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Rəcəb Tayyib Ərdoğan qarşısında məsələ qaldırılıb, Türkiyə Prezidenti tərəfindən Türkiyə Respublikasının “Dilucu” dövlət sərhədindən buraxılış məntəqəsindən yük nəqliyyat vasitələrinin Azərbaycanın Naxçıvan Muxtar Respublikasına “Sədərək” dövlət sərhəd buraxılış məntəqəsindən buraxılmalarına dair Türkiyə Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə göstərişlər verilib. Fevral 26-da saat 15:10 radələrindən etibarən yük nəqliyyat vasitələrinin buraxılışları bərpa edilib.
Oxşar xəbərlər
Gömrükdən "Sayı 3-ü keçsə, müsadirə olunub, anbara vurulacaq" xəbəri ilə bağlı AÇIQLAMA
Bu günlərdə ölkə mətbuatında xaricə gedib-gələn ölkə vətəndaşlarının vətənə dönərkən alıb gətirdikləri mallara görə yeni qadağa və məhdudiyyətlərlə üzləşdikləri...