Türkiyədə dollarla bağlı YENİ MODEL – Ölkə ÇAŞQINLIQDA
13
avq
2018
10:37
Bu ilin sonuna qədər Türkiyə iqtisadiyyatında yeni dövr başlayacaq.BAKU.WS “haberler”ə istinadən xəbər verir ki, bu barədə ölkənin xəzinə və maliyyə naziri Berat Albayrak məlumat verib. Onun sözlərinə görə, ölkədə dollar böhranını aradan qaldırmaq üçün yeni iqtisadi modelin tətbiqinə başlanılacaq.“Türkiyə lirəsinin dəyərini sabit saxlamaq üçün ölkənin valyuta bazarında yeni planlar hazırlanır. Deyirlər ki, guya ölkədə dollar hesabları dondurulacaq, yaxud lirəyə çevriləcək. Bütün bunlar yalandır. Depozitlər müsadirə olunmayacaq, dollar hesabları lirəyə çevrilməyəcək. Sadəcə yeni model əsasında lirənin gücləndirilməsi istiqamətində işlər aparılacaq.Nazir vurğulayıb ki, yeni model çərçivəsində tədbirlərin görülməsinə 35 mlrd. türk lirəsi, (5,2 mlrd. ABŞ dolları) xərclənəcək.Qeyd edək ki, son günlər Türkiyə lirəsinin ABŞ dolları qarşısında sürətlə dəyərdən düşməsi ölkədə çaşqınlıq yaradıb. Belə bir şaiyə gəzir ki, guya Türkiyədə dollarla olan hesablar dondurulacaq, həmin məbləğlər Türkiyə lirəsinə çevriləcək. Eləcə də, dollarla olan depozitlər bağlanacaq.Ziya SƏCCADBAKU.WS
Oxşar xəbərlər
İbrahim Tatlısesdən DOLLAR AÇIQLAMASI - “Dolların bahalaşması ilə bu vətənə bir şey olmaz” - FOTO
Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlıses dolların sürətlə bahalaşmasına münasibət bildirib.BAKU.WS “haberler”ə istinadən xəbər verir ki, bu barədə İbo sos...