Türkiyədə dollar rekord səviyyədə bahalaşdı
10
avq
2018
10:08
Türkiyədə ABŞ dolları durmadan bahalaşır.BAKU.WS "Haberler"ə istinadən xəbər verir ki, Türkiyədə ABŞ dollarının məzənnəsi 6,18 lirəyə çatıb.Qeyd edək ki, bir neçə həftə bundan əvvəl 3 lirə səviyyəsində olan Amerika valyutası indi 5 lirəni keçib.Türk iqtisadçılarının fikrincə, bahalaşma bu templə davam edərsə, artım ilin sonuna qədər daha da çatacaq. Çünki 2018-ci ilin ilk ayından bu günə qədər dollar təxminən 24 faiz bahalaşıb.Psixoloji həddi aşan dolların ilin sonuna qədər bahalaşması davam edərsə, Türkiyə hər 100 dollara görə əlavə olaraq 200 lirə itirəcək.Bundan başqa, Türkiyədə avronun məzənnəsi 6,63 lirə, ingilis funt sterliqinin məzənnəsi isə 7,35 lirə olub.Xarici valyutanın bahalaşması əlvan metalların da qiymətinin artımına səbəb olub. Qızılın qiymətində də sürətlə bahalaşma müşahidə olunur.Ziya SƏCCADBAKU.WS
Oxşar xəbərlər
Türkiyədə dollar həyəcanı: Lirə rekord həddə ucuzlaşdı
Amerika Birləşmiş Ştatlarının pul vahidi dollar Türkiyədə bahalaşmaqda davam edir.BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gecə beynəlxalq maliyy...