Bütün dünyanın intizarla gözlədiyi qərar: dollar bahalaşacaq
Bu ilin dekabr ayında dolların kəskin bahalaşacağı gözlənilir.
BAKU.WS xəbər verir ki, ABŞ-ın Mərkəzi Bankının (FED) Açıq Bazar Komitəsinin bugünkü toplantısında faiz artımına getməsi ehtimalı 16 faiz təşkil edir.
Müddətli müqavilələrə görə səlahiyyətlilərin 2016-ci ilin sonuna qədər faiz artımına getmə ehtimalı, iyun ayından bu yana ən yüksək, təxminən 70 faiz səviyyəsinə çatıb.
Bu il dekabrın 13-14-də FED-in daha bir toplantısı olacaq.
Qeyd edək ki, son günlər dollar Azərbaycan milli valyutası qarşısında möhkəmlənməyə davam edir. ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 1-i ilə müqayisədə bu gün 0,67% artaraq 1,6490 manat təşkil edib.
Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,64% möhkəmlənərək 1,8254 manat olub.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0186 manatdır. Beləliklə, funt sterlinq 0,76%-lik artım nümayiş etdirib.
Azər Məmmədov
Oxşar xəbərlər
Dollar bütün dünyada bahalaşır, manat da "ölür"
ABŞ Mərkəz Bankının (Fed) faiz artımına gedəcəyi ehtimalı, İraq və Suriyada müharibənin daha da şiddətlənəcəyi ilə bağlı artan geosiyasi risklər dolları bahalaş...