Dünyanın maraqla gözlədiyi dollar qərarı verildi

Dünyanın maraqla gözlədiyi dollar qərarı verildi
İqtisadiyyat 5834

 

ABŞ Mərkəzi Bankı (Fed) dünyanın maraqla gözlədiyi qərarı açıqlayıb.

BAKU.WS-in məlumatına görə, ötən ay keçirilən toplantıda faizləri 0,25 bal artıran Fed bu ilin ilk konfransında artıma getməyib. Fed iki gün davam edən Federal Açıq Bazar Komitəsinin (FOMC) konfransından sonra qlobal bazarların nəfəsini tutub gözlədiyi qərarı açıqlayıb. 

Fed qərarından əvvəl dollar digər valyutalar qarşısında cuzi ucuzlaşırdı. Ancaq Fed-in dollar qərarından sonra ABŞ milli valyutası digər valyutalar qarşısında möhkəmlənməyə başlayıb. 

Faiz dərəcələrinin dəyişdirilməməsi qərarı yekdilliklə verilib. İclasda iqtisadi vəziyyətin narahatlıq yaradacaq səviyyədə olduğuna işarə edilib. Fed mart ayında faiz artımı ola biləcəyini istisna etməyib. 

ABŞ Mərkəzi Bankı dolların uçot dərəcəsini pilləli şəkildə artırmağı planlaşdırılır. 

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər