Mühüm iclas öncəsi dollar sürətlə ucuzlaşmağa başladı

Dollar Yaponiya Mərkəz Bankının (BOJ) və ABŞ Mərkəzi Bankının (Fed) bu gün açıqlanacaq qərarlarından öncə əhəmiyyətli valyutalar qarşısında dəyər itirib.
BAKU.WS-in məlumatına görə, BOJ və Fed-in sentyabr ayı üçün pul siyasəti haqqında verəcəyi qərarların ABŞ milli valyutasının qiymətinə artıq təsir edir. ABŞ-da iqtisadi məlumatların açıqlanmasından sonra faiz ardırımı ehtimalı 40%-dən 20% səviyyəsinə qədər geriləyib.
Fed-in uçot dərəcəsini artırmayacağı iddiaları dolların on əhəmiyyətli pul qarşısında ucuzlaşmasına səbəb olub. Avro dollar qarşısında 0,21% dəyər qazanaraq 1,1199 səviyyəsinə çatıb, funt sterlinq isə 0,1% geriləyib. Yapon yeni isə dollar qarşısında 0,23% güclənərək 101,69 səviyyəsinə yüksəlib.
Qeyd edək ki, Fed-in pul siyasətlərini müəyyənləşdirən Federal Açıq Bazar Komitəsinin (FOMC) bu gün toplantısı keçirilir. İclasda dolların uçot dərəcəsinin artırılması məsələsi müzakirəyə çıxarılacaq və yekun qərar qəbul olunacaq.
Şahin Həbibov
BAKU.WS

Oxşar xəbərlər
Nəhəng bankdan dolların aqibəti ilə bağlı açıqlama
Qlobal investisiya bankı "Goldman Sachs" iqtisadçıları Jan Hatzius və Zak Pandlin ABŞ Mərkəzi Bankının (Fed) sədri Canet Yellenin son açıqlamalarını şərh edib....