Türkiyədə rekord həddə bahalaşma: insanlar dolları yandırdı (VİDEO)

02
dek
2016
14:58
Türkiyədə fermerlər dollar və avronun sürətlə bahalaşmasına kəskin etiraz edib.
BAKU.WS-in məlumatına görə, Anadolunun ən böyük heyvan bazarlarından olan "Aksaray Heyvan bazarın"da fermerlər Avropa və ABŞ-a reaksiya olaraq dollar və avronu yandırıb.
Fermerlərin bu hərəkəti böyük səs-küyə səbəb olub. Dollar və avronun qiymətindəki artımdan zərər etdiklərini bildirən vətəndaşlar etirazlarını bu yolla göstərib.
Qeyd edək ki, Türkiyədə dollar türk lirəsi qarşısında bu gün 3,5250 TRY/USD-yə yüksəlib. Bu göstərici ilə lirə rekord həddə dollar qarşısında ucuzlaşıb.
BAKU.WS

Oxşar xəbərlər
Dollar manat qarşısında tarixi rekord vurdu (CƏDVƏL)
Dünya valyuta bazarında dollar Azərbaycan manatı qarşısında bahalaşmağa davam edir. BAKU.WS-in məlumatına görə, "Bloomberg"in USD/AZN cütlüyü üçün təqdim etdi...