Avro dollar qarşısında sürətlə ucuzlaşır
Avropa Mərkəzi Bankının (AMB) bu həftəki toplantısından pul təşviq proqramının artırılmasına dair bir qərar çıxması ehtimalı avronun dollar qarşısında bir həftə ərzində kəskin düşüb.
BAKU.WS-in məlumatına görə, Avropa vahid pul vahidi AMB-nin cümə axşamı baş tutacaq yığıncağı ərəfəsində 16 əhəmiyyətli pul vahidinin 13-ü qarşısında dəyər itirib. Bununla yanaşı, "Bloomberg" anketinə qatılan iqtisadçıların əksəriyyəti AMB-nin bu həftəki konfransında aylıq təhvil alış proqramını genişlətməsi gözlənilir.
AMB sədri Mario Draqhi əlavə təşviqin bazar gözləntilərindən geridə qaldığını bildirib. Sədr bildirib ki, avronun 2009-cu ildən bu yana ən sürətli enişinin baş verməsinə səbəb olan 3 dekabrdakı açıqlamaların yenidən təkrarlanmasından qaçmaq lazımdır. Son məlumatlara görə, AMB-nin bölgəyə 720 milyard avro (794 milyard dollar) verməsinə baxmayaraq xidmət və istehsal sektorlarında yavaşlama müşahidə edilir.
Avro dollar qarşısında çərşənbə axşamı 1.1058 səviyyəsinə çatıb. Bu gün EUR/USD cütlüyü 0,4% azalaraq 1,0965 səviyyəsinə geriləyib.
BAKU.WS
Oxşar xəbərlər
Dolların Novruz Bayramına qədər kəskin ucuzlaşacağı deyilir
Qlobal investisiya bankı "Citigroup" dollarla bağlı proqnozlarında kəskin dəyişiklik edib. BAKU.WS-in məlumatına görə, bankın hesabatına əsasən, ABŞ Mərkəzi B...