Dolların Novruz Bayramına qədər kəskin ucuzlaşacağı deyilir
Qlobal investisiya bankı "Citigroup" dollarla bağlı proqnozlarında kəskin dəyişiklik edib.
BAKU.WS-in məlumatına görə, bankın hesabatına əsasən, ABŞ Mərkəzi Bankının (Fed) qərarlarından asılı olaraq dollar dünyanın ən böyük pul vahidləri qarşısında kəskin şəkildə ucuzlaşacaq.
"Citigroup"un müştərilər üçün hazırladığı 1 fevral tarixli hesabatında Fed-in uçot dərəcəsini artıracağı ilə bağlı gözləntilərin zəifləməsi və riskdən yayınma meylinin artması fonunda dolların ucuzlaşacağı güman edilir.
Bank avro/dollar cütlüyünün 0-3 aylıq proqnozunu 1,11-dən 1,13-ə və 6-12 ay üçün təxminini 1,05-dən 1,11-ə yüksəldib. Hesabatda avronun bahalaşacağı və dolların ucuzlaşacağı bildirlir.
"Citirgoup"un hesabatında, Avropa Mərkəzi Bankının (AMB) mart ayındakı toplantısının kritik olduğu və bu yığıncaqda atılan addımların uğursuz olması vəziyyətində avro/dolların 1,15 və ya daha yuxarı qalxacağını təxmin edilir.
Xarici valyutalar qarşısında ucuzlaşmaqda davam edən dolların Novruz Bayramına qədər manat qarşısında da ucuzlaşması gözlənilir. Bununla yanaşı, Mərkəzi Bank məzənnə siyasətini ABŞ dolları və avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirir. Bu əməliyyat mexanizmi çərçivəsində avro bahalaşdıqca manat da bahalaşır. Yaxın aylar ərzində neftin qiymətinin də nisbətən bahalaşacağı nəzərə alınarsa, ölkədə manatın dollar qarşısında möhkəmlənməsini güman etmək olar.
BAKU.WS
Oxşar xəbərlər
Dollar aparıcı valyutalara nisbətdə bütün dünyada bahalaşmağa başladı
Dollar bir həftəlik tətildən sonra yenidən digər valyutalar qarşısında bahalaşmağa başlayıb. BAKU.WS-in məlumatına görə, Çinin yuanı möhkəmləndirmək cəhdləri,...