ABŞ-dan gələn açıqlama dolları bahalaşdırdı
ABŞ Mərkəzi Bankının (Fed) sədri Canet Yellenin ötən günki açıqlamalarında sonra dollar bahalaşmağa başlayıb.
BAKU.WS-in məlumatına görə, Yellen iqtisadiyyatın həm müsbət, həm də mənfi cəhətlərindən danışaraq pilləli faiz artımına diqqəti çəkib. Yellen dolların uçot dərəcəsinin artırılacağını açıqlayıb. Bu isə ABŞ milli valyutasına etibarı daha da artırıb.
ABŞ Mərkəzi Bankının (Fed) sədri qlobal maliyyə bazarlarında qarışıqlığın davam etməsi fonunda dollarda faiz artımının təxirə salına biləcəyini də istisna etməyib.
Yellenin açıqlamasından "hər şey ola bilər" nəticəsini çıxarmaq mümkündür. Çünki ABŞ MB bütün variantları dəyərləndirir. Analitiklərin fikrincə, mart ayında faiz artımı olmasa da növbəti aylarda ABŞ dolların uçot dərəcəsini artıra bilər.
BAKU.WS
Oxşar xəbərlər
Dollar sürətlə ucuzlaşır, ABŞ-dan bu gün vacib açıqlama gələcək
Dollarda yüksəliş gözləyənlər ABŞ Mərkəzi Bankının (Fed) sədri Canet Yellenə xilaskar kimi baxırlar. BAKU.WS-in məlumatına görə, amma görünür Fed sədrinə ümid...