"TransLogistica Caspian" sərgisində Xəzər regionunda multimodal daşımaların perspektivləri müzakirə olunub
22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi ("TransLogistica Caspian") çərçivəsində "Xəzər regionunda multimodal daşımalar: Səmərəli nəqliyyat logistikasının təmin edilməsində perspektivlər və çağırışlar" mövzusunda panel təşkil olunub.
"Azərbaycan Dəmir Yolları" QSC-dən BAKU.WS-ə verilən məlumata görə, panel müzakirələrində "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Marketinq və tarif siyasəti departamentinin müdir müavini Natiq Rəsulzadə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Strateji planlaşdırma və inkişaf departamentinin müdiri Xudayar Həsənli və "ADY Express" MMC-nin baş əməliyyat inzibatçısı Rəşad Məcidov iştirak ediblər.
İştirakçılar Azərbaycanın Orta Dəhliz üzərindən həyata keçirilən daşımalardakı rolunun artdığını, əməliyyatların optimallaşdırılması məqsədilə dəhliz iştirakçısı olan ölkələrlə vahid koordinasiya sisteminin yaradıldığını qeyd ediblər. Orta Dəhlizin sanksiyalardan azad strateji yol olduğu xüsusilə qeyd edilib.
Müzakirələr zamanı qeyd olunub ki, dəmir yolu və dəniz keçidləri vasitəsilə həyata keçirilən yük daşımalarının həcminin qarşıdakı illərdə də artacağı gözlənilir və bu tendensiya Azərbaycan iqtisadiyyatı üçün yeni fürsətlər yaradacaq.
Qalereya
Oxşar xəbərlər
Banklar kibertəhlükələrə qarşı birləşirlər: Yeni texnologiya nə vəd edir?
"Gələcəkdə hər hansı bankda baş verəcək kibertəhlükəsizliklə bağlı insident təkcə həmin bankın problemi kimi qiymətləndirilməyəcək. Belə hallar dərhal Mərkəzi B...