Tehran Azərbaycan bankında dondurulmuş 400 milyon dollar məbləğində aktivlərinə çıxış əldə edib

Tehran Azərbaycan bankında dondurulmuş 400 milyon dollar məbləğində aktivlərinə çıxış əldə edib
İqtisadiyyat 1457

Tehran Azərbaycan bankında dondurulmuş 400 milyon dollar məbləğində aktivlərinə çıxış əldə edib.

BAKU.WS Trend-ə istinadən məlumat verir ki, bunu Azərbaycanın İrandakı səfiri Möhsin Pakayin deyib.

Onun sözlərinə göə, Azərbaycan Beynəlxalq Bankı Birgə Kompleks Fəaliyyət Planının (JCPOA) reallaşdırılmasından sonra İranın dondurulmuş aktivlərinə çıxışı açıb: "Aktivlər "Naftiran Intertrade Company” (NICO) və İran Mərkəzi Bankına məxsusdur”.

Diplomat qeyd edib ki, Azərbaycan yaxın bir neçə ay ərzində İran vətəndaşları üçün viza rejimini yüngülləşdirə bilər.

Azərbaycanlı və rusiyalı həmkarları ilə üçtərəfli danışıqlar üçün İran Prezidenti Həsən Ruhaninin avqustun 8-də Bakıya planlaşdırılan səfərindən danışan M.Pakayin deyib ki, İran Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etməyə hazırdır.

BAKU.WS

Oxşar xəbərlər

Vladimir Putin və Həsən Ruhani Bakıya gəlir

Vladimir Putin və Həsən Ruhani Bakıya gəlir

Bu ilin avqust ayında İran Prezidenti Həsən Ruhani Azərbaycana səfər edəcək. APA-nın xəbərinə görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov deyib. "Ayrı-ayrı m...

3314 Siyasət 14:48 14 iyun 2016

Son xəbərlər