Tarif Şurası bir sıra dərman vasitələri üzrə qiymətləri müəyyənləşdirib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda bir sıra dərman vasitələri üzrə qiymətlər müəyyənləşdirilib.
BAKU.WS xəbər verir ki, bu barədə qərar Tarif Şurasının bugünkü iclasında qəbul edilib.
İclasda 143 dərman vasitəsinin qiymətinin yuxarı həddi Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş qaydalara və Şuranın 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq tənzimlənib.
Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif Şurasının rəsmi internet saytının "Dərman vasitələri" bölməsində yerləşdirilib.
Qərar iyulun 23-dən qüvvəyə minir.
Oxşar xəbərlər
Sahil Babayev ƏDV rejiminin dəyişdirilməsi ehtimalına münasibət bildirib
Azərbaycanda əlavə dəyər vergisi (ƏDV) rejiminin dəyişdirilməsi dövlət büdcəsində itkilərə səbəb ola bilər. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu mali...