SOCAR və Çin şirkəti əməkdaşlığın daha da genişləndirilməsini müzakirə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Çinin "BGP Inc." şirkəti arasında əməkdaşlığın daha da genişləndirilməsi müzakirə edilib.
BAKU.WS bu barədə SOCAR-a istinadən xəbər verir.
Məlumata görə, qurumun prezidenti Rövşən Nəcəf Çin şirkətinin İdarə Heyətinin sədri və icraçı direktoru Ren Vencun ilə görüşüb.
Görüşdə şirkətlər arasında ötən illər ərzində formalaşmış əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edilib, SOCAR və "BGP Inc."nin birgə təsis etdiyi "Caspian Geo" şirkətinin Xəzər regionunda qabaqcıl texnologiyalar əsasında seysmik tədqiqat işlərinin həyata keçirilməsində aparıcı mövqeyi xüsusi vurğulanıb.
Tərəflər cari layihələrin icrasına, əməliyyat fəaliyyətinin səmərəliliyinin artırılmasına və əməkdaşlığın daha da genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparıblar.
Qalereya
Oxşar xəbərlər
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. BAKU.WS xəbər verir ki, bu barədə report-a Milli Məclisin Əmək və sosial siyasət...