SOCAR Türkiyəyə investisiyalarını artıracaq

15
okt
2019
11:49
“SOCAR Turkey Enerji A.Ş.”in (“SOCAR Türkiyə”) yatırımlarının həcmi investisiya planında müəyyənləşdirilmiş göstəricilərdən (19,5 mlrd. ABŞ dolları) artıq olacaq.BAKU.WS xəbər verir ki, bunu APA-ya istinadən xəbər verir ki, "SOCAR Türkiyə"nin Xarici əlaqələr üzrə rəhbəri Murat LeKompte (Murat LeCompte) deyib.“Bizim indiki investisiya planımız 19,5 mlrd. dollar həcmindədir. Bunun da 15 mlrd. dolları artıq təmin edilib”, - deyə LeKompte bildirib.Buna baxmayaraq, onun sözlərinə görə, hazırda “Star” neft emalı zavodunda anbar tutumlarının artırılması layihəsi həyata keçirilir, daha sonra isə BP ilə birlikdə İzmirin Əliağa bölgəsində əlavə neft-kimya kompleksinin tikintisi layihəsinin reallaşdırılması nəzərdə tutulub, əlavə olaraq yeni araşdırma mərkəzinin tikintisi də planlaşdırılır. Bu işlərin reallaşdırılması əlavə investisiya qoyuluşuna tələb yaradır.M. LeKompte “SOCAR Türkiyə” tərəfindən ölkə ərazisində əlavə aktivlərin alınmasını da istisna etməyib.Qeyd edək ki, hazırda “SOCAR Türkiyə”nin nəznində “Star” neft emalı zavodu, TANAP boru kəməri, “Petkim”, “SOCAR Terminal”, “Petkim Külək Enerjisi Stansiyası”, “Bursagaz”, “Kayserigaz”, “Enervis”, “EWE Enerji” və “Millenicom” şirkətləri fəaliyyət göstərir.
Oxşar xəbərlər
2023-cü ildə “SOCAR Türkiyə”nin yeni neft-kimya kompleksi işə düşə bilər
SOCAR Türkiyə” İzmirin Əliağa bölgəsində daha bir neft-kimya kompleksinin təməlini qoymaq niyyətindədir.BAKU.WS xəbər verir ki, bunu bu gün İzmirdə azərbaycanlı...
