"SOCAR Turkey"də yeni təyinat olub

11
sen
2019
16:19
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş”nin Maliyyə və investisiya əlaqələri şöbəsinə yeni müdir təyin edilib.BAKU.WS xəbər verir ki, “SOCAR Turkey”dən “report”a verilən məlumata görə, bu vəzifəyə Mehmet Sezgin gətirilib.Boğaziçi Universitetinin məzunu olan M.Sezgin bu sahədə 20 ilə qədər təcrübəyə malikdir. O həmçinin Fransada biznes idarəçiliyi üzrə magistr dərəcəsi (Master of Business Administration – MBA) alıb.Xatırladaq ki, SOCAR Türkiyədəki törəməsi vasitəsi ilə “Petlim”, “Petkim”, STAR neft emalı zavodu və Trans-Anadolu Boru Kəməri (TANAP) layihələrinə ümumilikdə 14,2 milyard ABŞ dolları investisiya yatırıb.
Oxşar xəbərlər
SOCAR Gürcüstanda yeni qaz xətləri alıb
Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstandakı törəməsi “SOCAR Georgia Gas” şirkəti ölkədə yeni qaz xətləri əldə edib.BAKU.WS “report”a istinadən xəbər verir k...
