SOCAR "Tamar" layihəsində iştirak payı alıb
Yeniliklərdən dərhal xəbərdar olun
SOCAR öz inkişaf strategiyasına uyğun olaraq, xarici ölkələrdə hasilat bazasının genişləndirilməsi strategiyasını davam etdirir.
BAKU.WS SOCAR-a istinadən xəbər verir ki, bu çərçivədə 31 yanvar 2025-ci il tarixində SOCAR "Union Energy" şirkəti ilə İsrailin Aralıq dənizi hövzəsində ən iri qaz yataqlarından biri olan və böyük önəm daşıyan "Tamar" layihəsində effektiv olaraq 10 faiz payın alınması üzrə müqavilə imzalayıb.
Müqavilənin qüvvəyə minməsi üçün müəyyən şərtlərin yerinə yetirilməsi, o cümlədən müvafiq qaydada tənzimləyici və digər təsdiqlərin alınması tələb olunur.
Bununla da SOCAR Aralıq dənizi hövzəsində apstrim sahəsində investisiya layihələrini həyata keçirməyə başlayır.
SOCAR xarici ölkələrdə strateji aktivlərdə iştirak payının alınması istiqamətində bundan sonra da fəaliyyətini davam etdirəcək.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...