SOCAR: Sızmaların aşkarlanması nəticəsində 150 milyon kubmetr qaz sistemə qaytarılıb

SOCAR: Sızmaların aşkarlanması nəticəsində 150 milyon kubmetr qaz sistemə qaytarılıb
İqtisadiyyat 54

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Fransanın "Total" şirkətinin OCE texnologiyası ilə 1 100-dən çox sızmanı aşkar edib

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin (BCAW2025) ikinci günündə deyib.

Onun sözlərinə görə, bu nəticə sızmaların yerini dəqiq müəyyən etməyə imkan verən, dronlarda yerləşdirilmiş mikro-sensorlar vasitəsilə əldə olunub:

"Etiraf etməkdən utanırıq, amma 1 100-dən çox sızma aşkar etdik. Onlardan 800-ünü aradan qaldırdıq və 150 milyon kubmetr qazı sistemə qaytardıq".

Ə. İsayev vurğulayıb ki, metan qazının təsiri karbon qazından dəfələrlə güclüdür: "Ortamüddətli perspektivdə metan CO₂-dən 28 dəfə, uzunmüddətli perspektivdə isə 83 dəfə daha güclüdür. Buna görə də bu iş çox vacib idi".

SOCAR vitse-prezidenti əlavə edib ki, şirkət GHGSat proqramından da yararlanır:

"Bu proqram peyklər vasitəsilə əvvəllər mövcudluğunu bilmədiyimiz metan sızmalarını aşkarlamağa imkan verdi. Mən də proqramın istifadəsini tövsiyə edirəm, çünki o, gözlənilməz mənbələri üzə çıxarmaqda çox faydalıdır".

Son xəbərlər