SOCAR Rumıniya ilə bir sıra enerji məsələlərini müzakirə edib
04
apr
2025
15:41
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Rumıniya arasında bir sıra enerji məsələləri müzakirə edilib.
BAKU.WS xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövşən Nəcəf "X" sosial şəbəkəsindəki hesabında bildirib.
R.Nəcəf bildirib ki, o, Rumıniyanın energetika naziri Sebastian Burduja ilə görüşüb.
Görüşdə Azərbaycan və Rumıniya arasında yüksək səviyyəli ikitərəfli münasibətləri xüsusi olaraq qeyd edilib:
"Görüş çərçivəsində SOCAR-ın Rumıniyadakı fəaliyyəti, təbii qaz təchizatı və nəqli, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardıq".
Oxşar xəbərlər
Azərbaycanda hərbçilərin maaşları orta hesabla 22,8% artırılacaq – 550 milyon manat ayrılacaq
Azərbaycanda hərbçilərin maaşlarının artırılması üçün illik 550 milyon manatadək vəsait nəzərdə tutulur. BAKU.WS xəbər verir ki, bu barədə Milli Məclisin Müdaf...