Suriyalı nazir: "Suriya son 60 ildə əlaqə saxlamadığı dünya ilə yenidən əlaqə qurur"
"Suriya son 60 ildə əlaqə saxlamadığı dünya ilə yenidən əlaqə qurmağa başlayır".
BAKU.WS xəbər verir ki, bunu Suriyanın İqtisadiyyat və Sənaye naziri Mohammad Nidal al-Shaar Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı bildirib. O, bildirib ki, Suriya sülhsevər ölkədir. Hazırda Suriyada bütün mənzərə dəyişib.
Yeni bağlantılar qurulur: "Bu gün etməli olduğumuz dünya ilə yenidən əlaqə qurmaqdır. Biz sərt rejimlərə görə son 50-60 ildə dünya ilə heç bir əlaqəyə girməmişik. Buna görə də yenidən əlaqə qurmalıyıq, ölkəmizi bərpa etməli və varlığımızı bütün dünyaya görünən etməliyik. Keçmişdə münasibətimiz olan və ya olmayan bütün ölkələrlə sağlam münasibətlər qurmağa başlamalıyıq".
Suriyalı nazirin sözlərinə görə, bu gün Suriya tamamilə fərqli bir ölkədir: "Hələ bir həftə əvvəl biz Özbəkistanda hökumət və biznes nümayəndələri ilə birlikdə idik. Və bu gün biz Suriya-Özbəkistan Biznes Şurasının da təsis olunmasını elan edirik. Beləliklə, Suriya son 60 ildə əlaqə saxlamadığı dünya ilə yenidən əlaqə qurmağa başlayır. Bu, asan iş deyil, çox çətin bir işdir".
Oxşar xəbərlər
Azərbaycanda hərbçilərin maaşları orta hesabla 22,8% artırılacaq – 550 milyon manat ayrılacaq
Azərbaycanda hərbçilərin maaşlarının artırılması üçün illik 550 milyon manatadək vəsait nəzərdə tutulur. BAKU.WS xəbər verir ki, bu barədə Milli Məclisin Müdaf...